“Bilirəm ki, AFFA mənim yerimə yeni baş məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis vətənində verdiyi açıqlamada gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Foqts AFFA-nın ona əvəzləyici axtarışına başlamasına münasibət bildirərək ilin sonunda müqaviləsi başa çatdıqdan sonra yeni anlaşma haqda düşünmədiyini bildirib:
“Müqaviləm ilin sonunda başa çatacaq. Yenidən orada qalmaq istəmirəm. Bu üzdən müqaviləni uzatmamağa qərar vermişəm. Mənim başqa variantlarım da var. Yox, Almaniya Futbol ittifaqında çalışmaq fikrim yoxdur. Mən elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Təbii ki, həmin iddialı komandanın maliyyə durumu da yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.
Qeyd edək ki, Foqts 2008-ci ilin martından yığmamızda çalışır.
Qaynar.info
Şərhlər