Ekonomiks 20:29 25.07.2014

Beş fəhlə 10 metr hündürlükdən düşdü

Ağstafa rayon Poylu qəsəbəsində Kür çayı üzərindən keçən dəmiryol körpüsündə bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, fəhlələr körpü üzərində qaynaq işləri apararkən dəmir pilləkən anidən qırılıb.
 
Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.
 
Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlar nəfər müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriblər.
 

Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.


Qaynar.info