Siyasət 14:37 28.05.2022

Beş saatlıq Brüssel danışıqları ermənilər üçün fəlakətdir - Karapetyan

İrəvanda müxalifət Paşinyanı vətənə xəyanətdə ittiham etməkdə davam edir. Xüsusən də keçmiş deputat Naira Karapetyan Brüsseldə baş verən beş saatlıq danışıqları erməniləri növbəti itkiyə aparan fəlakət adlandırıb.

Qaynarinfo bu haqda erməni mediasına istinadla xəbər verir.

K.Karapetyan, yekun bəyanatda Qarabağın statusu məsələsinə ümumiyyətlə toxunulmadığını, öz müqəddəratını təyinetmə hüququndan söhbət getmədiyini, əvəzində isə Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyindən danışıldığını qeyd edərək Azərbaycanla bu əməkdaşlığın yaxşı heç nə vəd etmədiyini bildirib.

Keçmiş deputat Brüssel danışıqlarında Qarabağ problemi ilə məşğul olan yeganə ölçülü, millətlərin öz müqəddəratını təyinetmə hüququnu təsbit, güc tətbiqini istisna edən ATƏT-in Minsk Qrupunun adının çəkilməməsini də narahatedici hesab edir. O bildirib ki, "bu, deyəsən sondur və görünür ki, Qarabağ məsələsi artıq bağlanıb... Əgər indi heç bir nəticə əldə edə bilmiriksə, deməli, biz müstəqil Qarabağa və ya müstəqil Ermənistana layiq deyilik”, - müxalifətçi deyib.

Türkoloq Varujan Qeğamyanın fikrincə isə, Ermənistan Azərbaycandan kənar Qarabağın statusu uğrunda mübarizədən imtina edib. O, hesab edir ki, indiki vəziyyətdə Qarabağın ermənilərdən tamamilə təmizlənəcəyi gözlənilir. Nə sərhədlərin demarkasiyası, nə də nəqliyyat komunikasiyyaların açılması Ermənistana yaxşı heç nə vəd etmir.
Qeğamyanın sözlərinə görə, bu proseslər nəticəsində bütün anklav əraziləri Azərbaycana keçəcək, Ermənistan üzərindən nəqliyyat dəhlizləri yaradılacaq, Ermənistanınsa bunun müqabilində nə alacağı bəlli deyil. Qeğamyan hesab edir ki, Qarabağın statusu məsələsi qəti şəkildə unudulub.

"Azərbaycanla sülh sazişi hazırlanır, onun əsas müddəası Azərbaycanın ərazi bütövlüyünün, o cümlədən Qarabağla birlikdə tanınmasıdır”, - Qeğamyan bildirib. Onun fikrincə, vəziyyəti yalnız həmin bəndlərin həyata keçirilməsinə qarşı mübarizə aparmaqla xilas etmək olar və bunun üçün Azərbaycana təslim olmuş hazırkı hökumətə qarşı mübarizə aparmaq, milli razılıq hökuməti qurmaq, birgə səfərbərlik prosesinə başlamaq lazımdır. 

Müxalifətin fikrindən fərqli olaraq, politoloq Armen Xanbabyan bildirib ki, Brüssel görüşünün regiondakı vəziyyətə ciddi təsir göstərməsi ehtimalı azdır:

"Əslində, gərginliyin azaldılması və sərhədlərin açılması istiqamətində real fəaliyyətdə hələ də irəliləyiş yoxdur. Bununla belə, bu görüşlər davam edəcək, bəlkə də gələcəkdə bu, tədricən konkret irəliləyişlər və nəticələr gətirməyə başlayacaq. Bu arada, biz o hadisənin praktiki deyil, ideoloji komponentindən çox danışmalıyıq”. 

Telman