Dünya 17:20 28.01.2018

Bəşər Əsəd Türkiyəni günahlandırdı

Suriya prezidenti Bəşər Əsəd Şamda İranın xarici işlər nazirinin müavini Hüseyn Ənsarini qəbul edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Soçidə keçiriləcək Suriya Beynəlxalq Konqresinə hazırlıq xarakteri daşıdığı qeyd olunan görüşdə Türkiyənin "Zeytun budağı" hərəkatı da müzakirə edilib.

 
Görüşdən sonra verilən birgə bəyanatda Türkiyə istilaçı dövlət adlandırılıb.

"Türkiyənin Suriyada istila xarakterli əməliyyatları davam edir. Türkiyənin məqsədlərinə çatmaması üçün lazımi tədbirlər görülüb. Türkiyə terror qruplarına verdiyi dəstəklə Suriyada sülh prosesini baltalayır".