Dünya 15:07 01.11.2019

Əsəddən Trampla bağlı inanılmaz sözlər: "Belə düşünməyimə səbəb..."

"Donald Tramp ABŞ-ın bu günə qədərki ən yaxşı prezidentidir".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Suriya Prezidenti Bəşər Əsəd SANA dövlət agentliyinə müsahibəsində səsləndirib. O, açıqlamasında bildirib:

"Əgər məndən Tramp barədə soruşsanız, cavabım bir qədər qəribə ola bilər. Fikirləşirəm ki, o, ABŞ-ın bu günə qədərki ən yaxşı prezidentidir. Belə düşünməyimə səbəb təkcə Donald Trampın siyasəti yox, həmçinin açıqlamalarının şəffaflığıdır. ABŞ prezidentləri Amerika lobbisinə xidmət edən bir qrup kriminallardır, lakin Tramp ən azı səmimidir. O, neftə ehtiyacı olduqlarını, xidmət göstərmək və qarşılığında pul əldə etmək istədiklərini aşkar şəkildə bəyan edir. Bu, ABŞ siyasətidir. Səmimi düşməndən yaxşı nə ola bilər ki?!".

Gülşən