İdman 14:36 09.12.2021

"Beşiktaş" Sərgən Yalçınla vidalaşdı

"Beşiktaş" baş məşqçisi Sərgən Yalçınla yolları ayırıb.

Qaynarinfo xəbər verir ki, bu haqda klub rəsmi məlumat yayıb. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Borussiya" ilə matçda 0:5 hesablı məğlubiyyətdən sonra rəhbərlik onunla vidalaşmağı qərara alıb. Klubun açıqlamasında mütəxəssislə qarşılıqlı razılıq əsasında yolların ayrıldığı bildirilib və ona təşəkkür edilib.

Sərgən 2020-ci ilin yanvarından etibarən "Beşiktaş"ı çalışdırırdı.

Səbuhi Həsənov