Ölkə 16:09 01.02.2018

Beynəlxalq axtarışda olan gürcüstanlı Azərbaycana ekstradisiya ediləcək

Ukraynanın Krivoy Roq şəhərində İnterpol vasitəsi ilə beynəlxalq axtarışda olan 33 yaşlı gürcüstanlı şəxs saxlanılıb.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dnepropetrovsk vilayətindəki Milli Polis Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Saxlanılan şəxsin xuliqanlıq törətdiyi üçün Azərbaycanın Tovuz Rayon Polis Şöbəsi tərəfindən beynəlxalq axtarışa verildiyi müəyyən edilib.
 
Hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.