Dünya 10:35 20.07.2013

Beynəlxalq hava limanını su basdı

Meksikada leysan yağışların səbəb olduğu daşqın nəticəsində Çihuahua şəhərindəki beynəlxalq hava limanını su basıb.

Sel suları aeroportun terminallarına çatdığı üçün onun bağlanmasına qərar verilib.

Hava limanı işçiləri özləri daşqınla mübarizə aparmağa başlayıblar. Hava limanındakı sərnişinlər də evakuasiya edilib. 20-yə yaxın daxili və xarici reys təxirə salınıb. Hava limanının nə vaxt açılacağı isə hələlik məlum deyil.