Sağlamlıq 17:33 31.01.2018

Beyni yaşlanmaqdan qorumağın 6 yolu (SİYAHI)

Qocaldıqca təkcə bədəniniz yox, həm də beyniniz pis təsirlərə məruz qalır. Yaxşı işləməyə davam etməsi üçün beynin də motor kimi yaşı artdıqca baxıma ehtiyacı var. Amma mexaniki maşınlarda olduğu kimi beyin üçün təmir kitabçası mövcud deyil. Mövcud məlumatlar isə bir-biri ilə ziddiyyətli olduğu üçün fikirlərinizi qarışdıra bilər. 

Qaynarinfo bu mövzu ilə bağlı məlumatları araşdıraraq, beyninizi qorumağın ən yaxşı 6 üsulunu sizə təqdim edir:

1. Bacarıqlarınıza güvənin

Bir otağa girdiyniz vaxt ora nə üçün gəldiyinizi undursunuzmu? Yaş artdıqca yaddaşın zəiflədiyi qənaətinə gəlirik. Lakin bu təkcə yaşlı insanların deyil, gənclərin də başına gəlir. Mütəxəssislər heç bir problem olmadığı halda insanlar yaşları artdıqca zehni bacarıqlarını itirdiklərini düşünməyə başlayır. Bunun nəticəsi olaraq, kənar dəstəklərə ehtiyac yaranır. Maşında naviqatordan, telefonda xəbərdaredici proqramlardan istifadə etməyə başlanır. Halbuki, öz gücünüzdən istifadə etmədiyiniz müddətdə zehni bacarıqlarınızı sürətlə itirmiş olacaqsınız. Yəni, qapıya çatıb ora niyə getdiyinizi xatırlamağa çalışmaq üçün başınızı bir az da işlətmək lazımdır. 

2. Qulaqlarınızı qoruyun

Duyğu üzvlərindən məhrum olmaq beyninizə mənfi təsir edən amillərdəndir. Məsələn, eşitmə qabiliyyətini itirdiyiniz zaman beyin diqqət etmək üçün ekstra güc sərf edir və bu da boz toxumanın tamamilə yox olmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, son 6 ildə eşitmə qabiliyyətinin azalması riski 24 faiz artıb. Yaşdan asılı olmayaraq, qulaqlara diqqət etmək lazımdır. Gündə sadəcə 15 dəqiqə yüksək səslə rok dinləmək eşitmə qabiliyyətinə zərər yetirməyə bəs edir. Bundan başqa gün ərzində 15 dəqiqə fenin səsini eşitmək də səsləri qəbul edən hüceyrələrə zərər verir. Eşitmə ilə bağlı probleminiz olduğunu düşünürsünüzsə, gecikmədən həkimə gedin.

3. Dil və ya hər hansı çalğı alətində ifa etməyi öyrənin

Zehni gücləndirmək üçün hazırlanmış beyin gimnastikası və məntiqi məsələlərin də öz sərhədi var. Lakin yeni bir dil və ya musiqi alətində ifa etməyi öyrənmək beyninizin daha çox işləməsinə səbəb olacaq. Hər iki işlə məşğul olduğunuz vaxt, beyniniz bir neçə qabiliyyətini bir yerdə işlətməli olur. Yeni notları və sözləri öyrəndiyiniz vaxt yaddaş məşqi, diqqət, hissetmə və bir çox bacarığınız işləməyə başlayır. 

Bu cür fəaliyyətlər yaddaşınızın daha çevik olmasına kömək edir və bunun faydalarını yaş artdıqca daha yaxşı müşahidə etmək olur. Keçən il aparılan araşdırmaların birində musiqiçilrin ağıllarını itirməsi, adi insanlara nisbətən 60 faiz daha az müşahidə olunur. Başqa br araşdırmada isə xarici dil öyrənmək "Alzheimer" xəstəliyini 5 il gecikdirdiyini göstərir.
 
Özünüzü bunlara ilk başda məcbur etsəniz, davam etdikcə mövcud olan istedadlarınızı daha yaxşı görəcəksiniz. 

4. "Fast food"lardan qaçın

Piylənmə beyinə bir çox yöndən zərər vurur. Damarlarda yığılan xalestrol beyinə gedən qan axımının qarşısını alır və yaxşı işləməsi üçün lazım olan qida və oksigendən məhrum edir. Bundan başqa, neyronlar insulin hormonu səviyyəsinə qarşı çox həssasdır. Mütəmadi olaraq, şəkər və yüksək kalorili qidalar qəbul etdiyiniz zaman, insulin siqnalları kəsilir və zincirləmə reaksiyalarının yarımçıq qalmasına səbəb olur. Bu da beyninizdə zərərli lövhələrin yaranmasına gətirib çıxarır. Omeqa 3 kimi yağlar, D və B12 vitaminləri yaş artdıqca beyinə dəyən ziyanların qaşısını almaq üçün istifadə etmək lazımdır. 

5. İdman edin

Beyin  ilə bədən arasında ayrı-seçkilik etmək düzgün deyil. Beyini qorumağın ən yaxşı yollarından biri də idmanla məşul olmaqdır. Bu zaman beyinə qan axını artır və sinir hüceyrələri arsındakı bağlantıları təmin edən proteinlər hərəkətə başlayır. Yürüyüş və aerobika kimi yüngül məşqlərdən, ağırlıq qaldırma və bədəni inkişaf etdirmək üçün olan məşqlərə kimi hər bir fiziki fəaliyyətin hər yaşda faydalı olduğunu sübut edir. 

6. Sosiallaşın

Beyini inkişaf etdirməyin ən yaxşı üsullarından biri də sosiallaşmaq və insanlara ünsiyyətdə olmaqdır. İnsan sosial varlıqdır və dostlar, qohumlar beyinə təsir etmək gücünə sahibdirlər. Yeni təcrübələr yaşamağınıza, stressdən və üzüntüdən qurtulmağınıza kömək edir. 70 yaşlı insanlar arasında aparılan araşdırmalar göstərir ki, sosial olaraq daha aktiv insanlar, sosial olmayanlara nisbətən 70 faiz daha diqqətli olur. Başqa insanlarla ünsiyyətdə olmaq yaddaşı qoruyur və zehni işləri də daha sürətli etməyə kömək edir. Sağlıqlı qidalanma, fiziki fəaliyyət və yaxşı bir dost sağlam və xoşbəxt bir həyat sürmənizin əsas sirridir.
 
Lalə Niftaliyeva