Sənət 12:59 30.11.2021

Beyninə qan sızan bəstəkar sağaldı (FOTO)

Noyabrın 10-da beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilən bəstəkar-müğənni Pərviz Mahmudov evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, instaqram hesabında məlumat verib.

"Allaha çox şükür”, - övladları ilə fotosunu paylaşan Mahmudov yazıb. O, həmçinin müalicə olunduğu xəstəxanın bütün işçi heyətinə təşəkkürünü bildirib.