Ekonomiks 11:15 09.05.2019

Bəzi qəsəbələrin elektrik enerjisi verilişində fasilələr yaranacaq

Bu gün  saat 13.30-dan 16-00-dək  Xırdalan şəhəri Quşçuluq massivi, Qaradağ rayonu  Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri,  28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin  elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yarana bilər.

"Azərişıq” ASC-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, bu, "110 kv-luq Xırdalan hava xətti"ndə aparılan yenidənqurma  işləri ilə əlaqədardır.

Yaranacaq narahatçılığa görə "Azərişıq” ASC istehlakçılarından üzr istəyir.