Ermənistan parlamentinin keçmiş deputatı, hakim "Mənim addımım" blokunun üzvü, Ermənistanın Çindəki ticarət nümayəndəsi Varazdat Karapetyan tutduğu postdan istefa verib.
Qaynarinfo xəbər verir ki, siyasətçi istefanın səbəblərini daxili amillərlə əlaqələndirib.
"İndi Çinə getmək vaxtı deyil, Ermənistanda olmaq lazımdır. İndi həmfikir insanlarla birlikdə biabırçı və amansız məğlubiyyətin yükünü çəkmək vaxtıdır. Əvvəlcə öz milli məsələlərimizi həll etməli, sonra başqa ölkələrlə münasibətlər barədə düşünməliyik", - deyə Karapetyan bəyan edib.
Siyasətçi əlavə edib ki, ictimai-siyasi planları ilə bağlı yaxın zamanlarda topluma məlumat verəcək.
Qeyd edək ki, V.Karapetyan 2020-ci ilin noyabrında deputatlıqdan istefa verərək Çinə ticarət nümayəndəsi təyin olunmuşdu.
Şərhlər