Dünya 14:20 12.10.2020

Bill Qeyts: “COVID-dən qurtulmağın bir yolu var”

Microsoft Corporation-ın qurucusu Bill Qeyts NBC-yə verdiyi müsahibədə deyib ki, koronavirusa qarşı peyvən "super təsirli və sərfəli qiymətə" olmalıdır.


Qaynarinfo xəbər verir ki, o, yalnız bu şəkildə xəstəliyə "qlobal miqyasda" son qoyulacağını bildirib. Bill Qeytsin fikrincə, koronavirus pandemiyası 2022-ci ildə sona çatacaq.


Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin martında koronavirus epidemiyasını pandemiya elan edib.

 

Son məlumatlara görə, dünyada COVID-19 xəstələrinin sayı 37 milyonu keçib.

 

Alpər