Maqazin 20:47 28.05.2020

“Bir az da artıq danışsalar, nələr danışacağımı bilirəm“ - Əməkdar artist

Əməkdar artist Elnarə Abdullayevanın "oğluma müğənni qız almaram” ifadəsi hələ də müzakirə olunmaqdadır. Bir neçə gün öncə verilişlərin birində Əməkdar artist Mətanət İsgəndərli də həmkarının fikirlərinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, E.Abdullayeva bir neçə il öncə dediyi sözün indiyə kimi müzakirə olunmasına təəssüfləndiyini bildirib və hətta əsəbiləşib:

"Vallah mənim üçün kimin nə danışdığı qəti maraqlı deyil. Bir kəlmə söz demişəm, beş ildir müzakirə olunur. Bunlar dedikcə mən sözümü danası deyiləm ki? Kim nə danışır, danışsın. Kimsə onu deyə bilər ki, bu Elnarənin öz fikridir, mən olsaydım, oğluma müğənni qız alardım. Amma bunlar deyir ki, Elnarə özü də müğənnidir, niyə belə deyir. Bu yanaşma isə düzgün deyil, yəni bir az da artıq danışsalar, mən biləcəm nə danışacam. Mən hələ yaxşı versiyasını demişəm ki, gəlin də, qayınana da oxusun, düzgün deyil, evdə kişiyə baxan bir qadın lazımdır”. 

Muğam ifaşısı deyib ki, əgər onu əsəbiləşdirsələr, daha sərt şəkildə cavab verməli olacaq:"Amma bir müddət sonra valı çevirib başqa mənada deyəcəm. Onlar mənim valımı çevirməyə çalışırlar, amma gərək belə etməsinlər. Bunların heç biri məndən nə ağıllı, nə də tərbiyəli ola bilməz. Bunların böyüməyinə hələ çox qalıb. Adam axmaq-axmaq danışmaz. Hamı bilir ki, bu sözü mən demişəm. Bunlar gərək dediklərimi qansınlar. Məsələn, Könül Kərimova mənim fikirlərimlə razılaşdı”. (Moderator.az)