Sənət 09:00 26.01.2018

Bir film ölkəni qarışdırdı: Yayımlansa, minlərlə qadın özünü yandıracaq

Hindistanda hind kraliçası ilə ölkəsini fəth edən müsəlman bir hökmdar arasında sevgi münasibətlərini əks etdirən film aranı qarışdırıb.

Qaynarinfo xəbər verir ki, "Padmavati” adlı film sərt təhdidlər və təhlükəsizlik tədbirləri altında yayıma başlayıb. 

Filmin ssenarisində hind kraliçası Hindistanın ən böyük kastalarından Racputun üzvüdür. Amma Rucput qadınları film yayıma başlayarsa, özlərini yandıracaqlarını açıqlayıblar. 
 


Filmin baş rol ifaçısı, aktrisa Deepika Padukone ölüm təhdidləri ilə üz-üzədir. Hətta onu öldürənə böyük məbləğdə mükafat vəd olunub. 

Filmin çəkilişləri zamanı da yaradıc; qrupa və aktyorlara qarşı hücumlar olub. Hətta bəzi çəkiliş setləri ləğv edilmişdi. 

Bəzi əyalət rəhbərləri filmin yayımının dayandırılması üçün məhkəmələrə müraciət edib. Ancaq Yüksək Məhkəmə Gucerat, Racastan, Madhya Prades və Haryana əyalətlərində filmin yayımına qoyulmuş qadağanı ləğv edib. 
 


Qeyd edək ki, XIV əsrdəki hadisələri əks etdirən "Padmavati” filmi Dehli sultanı Ələddin Halaci tərəfindən yasaqlanmaqdansa, özünü öldürməyi seçən cəsur və gözəl Racput kraliçasının həyatından bəhs edir. Rejissor Sanjay Leela Bansali filmin əsas xarakterləri arasında romantik münasibətlər varmış kimi tarixi təhrif etməkdə suçlanır. 

Aydın