Ölkə 22:28 09.12.2018

Birinci dövrəyə yekun vuruldu: "Neftçi" liderdir (SİYAHI)

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları başa çatıb

Qaynarinfo xəbər verir ki, günün son matçında "Neftçi” klubu "Sumqayıt”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bununla da Topaz Premyer Liqasında birinci dövrəyə yekun vurulub, komandalar qış fasiləsinə yollanıblar.

14-cü turunun nəticələri:

"Neftçi” – "Sumqayıt” - 0:0

"Səbail” – "Qəbələ” - 0:0 

"Sabah” – "Keşlə” - 1:2 

"Zirə” – "Qarabağ” - 0:6

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Neftçi” liderlik edir. 30 xalı olan son çempion "Qarabağ” isə ikincidir.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!