Texnologiya 16:51 21.01.2018

Bitkoin şirkətlərinə cinayət işi açıldı

ABŞ Ticarət İndeksləri Komissiyası (CTFC) 3 kriptovalyuta şirkətini müştərilərini aldatdığı iddiası ilə məhkəməyə verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, barələrində iş açılan və bitkoinə aid olduğu 2 şirkətin - "Cabbage Tech Corp.""Coin dropp Markets" adı altında kriptovalyuta mütəxəssisliyi sahəsində müştərilərindən pul aldığı, lakin onlara xidmət göstərmədiyi üzə çıxıb.

Nyu York Regional Məhkəməsinin məlumatına görə, "Enterpreneurs Headquarters Ltd." şirkəti isə 600-dən çox investordan 1,1 milyon dollar dəyərində bitkoin istəyərək digər müştərilərin əməliyyatlarını maliyələşdirərək səadət zənciri yaradıb.

CFTC-nin direktoru Ceyms McDonald verdiyi açıqlamada bitkoin və digər kriptovalyutalara qarşı artan marağın pis niyyətli şəxslərə də yeni fürsətlər yaratdığını bildirib.

Məhkəmənin qərarı ilə "Coin dropp Markets"in veb saytının fəaliyyəti dayandırılıb.