Ekonomiks 11:28 17.05.2019

Bitkoin yenidən ucuzlaşıb

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiymətində ucuzlaşma müşahidə olunub. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Coinmarketcap” məlumat yayıb. 
 
Xəbərə görə, bitkoinin qiyməti son 24 saat ərzində 9% ucuzlaşaraq 7 315 ABŞ dollarına düşüb. 

Qeyd edək ki, rəqəmsal valyutanın qiyməti bu günlərdə 8 min dolları keçmişdi.