Foto 18:02 24.07.2018

“Bizim market”də vaxtı keçmiş məhsullar satılır: Ehtiyatlı olun - FOTOFAKT

Binəqədi rayonu, İ.Paşa Dadaşov küçəsində yerləşən "Bizim market” mağazasında daha bir xoşagəlməz hal qeydə alınıb. 

Qaynarinfo-nun 7 news.az-a istinadla verdiyi xəbərə görə, redaksiyaya ünvanlanan şikayətdə deyilir ki, mağazanın duru yağlar bölməsindəki məhsulların bir çoxu həyat üçün təhlükəlidir. Belə ki, duru yağlardan bəzilərinin vaxtı keçsə də satışdan yığışdırılmayıb. 

Müraciət edən vətəndaş qeyd edir ki, vaxtı keçmiş məhsulu kassa aparatına yaxınlaşdırıb: "Ancaq satıcı heç nə olmamış kimi bu məhsulu da kassa aparatından keçirdi və yenidən mənə təqdim etdi. Elə bu an mən öz etirazımı bildirdim. Qeyd etdim ki, vaxtı keçmiş məhsul, xüsusən də duru yağ çeşidi insan sağlamlığı üçün çox təhlükəlidir. "Niyə bunu satırsınız" sualını verəndə isə dərhal mağazanın məsul şəxsləri yaxınlaşdılar, müxtəlif təkliflər irəli sürərək xoşagəlməz olayın unudulmasını istədilər. Mən isə birmənalı şəkildə etiraz etdim". 

Müştəri vaxtı keçmiş duru yağın fotolarını da təqdim edib: