Ölkə 20:15 13.12.2018

"Bizim market"in satış direktorunun evini qarət etdilər

Bakı şəhəri, Xətai rayonunda yaşayan Türkiyə vətəndaşı Mehmet Akdemirçinin evindən oğurluq edilib.

"Report”un xəbərinə görə, evdən ona məxsus məişət əşyaları və dəyəri 2000 manat olan qol saatı oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Akdemirçi "Bizim market” mağazalar şəbəkəsinin satış direktorudur.