Azərbaycanın müxtəlif şəhər və rayonlarında kiçik və orta biznes evlərinin yaradılması planlaşdırılır.
Qaynarinfo "report"-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, biznes evlərinin yaradılmasında məqsəd sahibkarlara dəstək olmaqdır: "Agentlik kiçik və orta biznes evlərinin təşkilini, əlaqələndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcək".
Şərhlər