Sənət 15:29 14.12.2016

“Bölgənin sözü” şeir almanaxı çap olunub – FOTO

Hədəf Nəşrlərində “Bölgənin sözü” adlı şeir almanaxı işıq üzü görüb. 

A24.Az xəbər verir ki, Bu almanax Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci Qrant müsabiqəsinin C kateqoriyası üzrə  ““Bölgənin sözü” əyalətdə

yaşayan gənc yazarların tanıdılması” adlı layihə çərçivəsində hazırlanmışdır.

Almanaxda Oğuz Bilik Evinin Yaradıcılıq Fakultəsinin tələbələri və Oğuz və şəki şəhərində yaşayıb fəaliyyət göstərən gənc şairlər təmsil olunub.

Buraxılışa məsul və layihə rəhbəri: Seymur Haciyev, Redaktor: Cəlil Cavanşir, Naşir: Musfiq Xan, Bədii məsləhətçi: Vüsal Oğuz, Korrektor: Tural Adışirin -dir.

“Bölgənin sözü” almanaxı yaxın günlərdə Oğuz Bilik Evində, daha sonra isə Şəki şəhərində oxuculara və müəlliflərə təqdim olunacaq.

Qaynarinfo.Az