Dünya 12:29 28.02.2020

BMT baş katibindən Suriyada vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama

BMT-nin baş katibi Antonio Quterriş İdlibdə 30-dan çox türk hərbçisinin öldürülməsindən sonra tərəfləri Suriyada təcili atəşkəs rejiminə çağırıb
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Antonio Quterriş hərbi əməliyyatların genişlənəcəyi təqdirdə mülki vətəndaşlar üçün təhlükə yaranacağı ilə bağlkı xüsusi narahatlığını ifadə edib.

"Təcili tədbir görülməsə, kəskinləşmə riski hər saat dha da artacaq. Baş katib Suriya münaqişəsinin hərbi həllinin olmadığını bir daha təkrarlayır. Yeganə davamlı həll yolu BMT-nin iştirakı ilə danışıqlar prosesdir", - açıqlamada deyilir.

BMT münaqişə tərəflərini Təhlükəsizlik Şurasının Suriya ilə bağlı 2015-ci il qətnamələrinə riayət etməyə çağırıb.

Xatırladaq ki, Suriyada Türk hərbi karvanı aviasiya hücumuna məruz qalıb. Nəticədə 33 türk əsgəri həlak olub.

Bundan sonra Türkiyə hərbçiləri İdlibdəki Suriya karvanını məhv edib. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
 
Alpər