Dünya 10:54 12.08.2017

BMT-dən ABŞ və Şimali Koreya açıqlaması

Birləşmiş Millətlər Təşkilatı ABŞ və Şimali Koreya arasında artan gərginliklə bağlı açıqlama verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT baş katibi Antonio Quterresin sözçüsü Stefan Dujarriç gündəlik brifinqində iki ölkə arasındakı gərginlikdən narahat olduqlarını deyib. BMT Təhlükəsizlik Şurasının gərginliyi azaltmaq üçün planının olduğunu vurğulayan Dujarriç tərəfləri diplomatik həll yoluna çağırıb. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 5 avqustda ABŞ tərəfindən hazırlanan Şimali Koreya əleyhinə sanksiya layihəsini qəbul edib və bu qərardan sonra iki ölkə arasında münasibətlər daha da pisləşib. Son günlərdə ABŞ prezidenti Donald Tramp Şimali Koereyanı nüvə silahı ilə hədələyir. Şimali Koreya isə ABŞ-ın Quam adasında yerləşən hərbi bazasına avqustun ortaları 4 raket hücumu təşkil edəcəyini iddia edir.

Gülşən

Qaynarinfo.Az