Dünya 18:10 30.08.2017

BMT-dən Venesuelaya xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatı Venesuelaya ölkədə insan haqqlarının son vəziyyəti ilə bağlı xəbərdarlıq edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Cenevre ofisində təşkil edilən mətbuat konfransında çıxış edən BMT insan haqqları nümayəndəsi Zeyd Rəad Əl Hüseyn "Venesuela höküməti təhlükəsizlik qüvvələri və etirazçıların törətdiyi qeyri-insani addımlarla bağlı tez bir zamanda və müstəqil istintaq prosesi təşkil etməlidir" deyib. Venesueladakı sistemin demokratiyadan diktatorluğa doğru irəliləməsi barədə danışan Əl Hüseyn "5 aydır davam edən etiraz aksiyalarında insan haqqları pozuldu, nümayişləri dayandırmaq üçün müxalif qüvvələr təzyiqə məruz qaldı" fikrini səsləndirib.

Qeyd edək ki, Venesuelada mart ayından bəri davam edən etiraz aksiyalarında bu günə qədər 124 nəfər dünyasını dəyişib. Ölənlərdən 46-sı təhlükəsizlik əməkdaşı, 27-si isə hökümət tərəfdarıdır. 5 mindən çox insan həbs edilib. Nümayişçilər iqtisadi böhrana, aclığa qarşı etiraz edirlər.

Gülşən

Qaynarinfo.Az