Siyasət 19:26 04.09.2019

BMT-nin xüsusi məruzəçisi Azərbaycana gələcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq məsələləri üzrə xüsusi məruzəçisi Hilal Elver Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan Nümayəndəliyinin "Twitter" səhifəsində məlumat verilib. 

Xüsusi məruzəçi Hilal Elver oktyabrın 1-dən 11-dək Azərbaycanda səfərdə olacaq.