Dünya 08:58 06.08.2017

BMT Şimali Koreya ilə bağlı qərar verdi

BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnaməni qəbul edib.

"Qaynarinfo" xarici mətbuata istinadən xəbər veirir ki, BMT Təhlükəsizlik Şurası qərarı yekdikliklə verib. Sanksiyalara görə, Şimali Koreyadan dəmirin, qurğuşunun, kömürün və dəniz məhsullarının idxalına qadağa qoyulur.

Bununla yanaşı, KXDR-in Xarici Ticarət Bankının hesabları dondurulacaq.

BMT-yə qətnamə layihəsini ABŞ təklif edib.

Qaynarinfo.Az