Dünya 09:48 04.08.2018

BMT: Şimali Koreya nüvə fəaliyyətinə davam edir

BMT Təhlükəsizlik Komissiyası Şimali Koreyanın nüvə fəaliyyətinə ara vermədiyini açıqlayıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ötən həftə ABŞ bu ölkənin yeni ballistik raketin istehsalı ilə məşğul olduğunu iddia etmişdi. BMT-nin məlumatında həmçinin qeyd edilir ki, Şimali Koreya neft məhsulları və silah satışına davam edir.

İyun ayında ABŞ və Şimali Koreya liderləri görüşmüş, Şimali Koreya nüvə fəaliyyətini dayandıracağına söz vermişdi. Daha sonra dünya mediası qarşısında nüvə sınaq sahəsinin söküntü işlərinə start verildi.

Gülşən