Dünya 18:38 11.09.2017

BMT: Şimali Koreya və Əsəd rejimi birlikdə çalışır

Birləşmiş Millətlər Təşkilatı Şimali Koreyanın kimyəvi silah, ballistik və digər raket proqramlarını Suriya höküməti ilə birlikdə təşkil etməsi barədə iddia irəli sürüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, rəsmi Pxenyana qarşı sanksiyaları izləmək vəzifəsini həyata keçirən 8 nəfərlik qrup hesabat yayımlayaraq Suriya və Şimali Koreyanın hərbi əməkdaşlığının araşdırıldığını deyib. Bildirilir ki, Şimali Koreyadan Suriyaya dəniz yolu ilə gedən gəmilər saxlanılıb. Hesabatda qeyd edilir ki, ixrac edilən məhsulların alıcısı Suriyanın Elmi İşlər və Araşdırma Mərkəzidir. 

Qeyd edək ki, Şimali Koreya nüvə və ballistik raket sınaqları ilə gündəmdədir. Suriyadakı Bəşər Əsəd rejimi isə kimyəvi silahlar istifadə etməkdə ittiham edilir.

Gülşən

Qaynarinfo.Az