Dünya 10:43 15.08.2020

BMT TŞ ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmasına izn vermədi

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmasına dair qətnamə layihəsini rədd edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Reuters agentliyinin məlumatında deyilir. Embarqonun müddəti 18 oktyabrda bitəcək. Yalnız iki ölkə onun uzadılmasına səs verib - ABŞ-ın özü və Dominikan Respublikası. Rusiya və Çin qətnaməyə qarşı çıxıb. Fransa, İngiltərə, Almaniya da daxil olmaqla daha 11 ölkə bitərəf qalıb.

"BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına cavabdehdir. Bu gün o, əsas missiyasını yerinə yetirə bilmədi", - Dövlət Departamentinin saytında deyilir.

Dövlət Katibi Mayk Pompeonun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası 13 ildir qüvvədə olan İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini rədd edərək, "terrorizmin qlobal sponsoruna şərti silah almaq və satmaq üçün BMT məhdudiyyəti olmadan yol açdı".

"ABŞ İranın Avropanı, Yaxın Şərqi və digərlərini təhdid edən silahları sərbəst alıb-sata bilməməsi üçün çalışmağa davam edəcək", - Pompeo əlavə edib.
 
Alpər