Foto 14:16 04.03.2020

BMW loqosunu dəyişdi: artıq belə olacaq (FOTOLAR)

Almaniyanın nəhəng avtomobil istehsalçısı olan BMW yeni loqosunu təqdim edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şirkətin yeni loqosunda diqqət çəkən məqam isə qara hissənin şəffaf olmasıdır.

1916-cı ildə qurulan avtomobil şirkəti eyni zamanda "Concept i4" modelini də təqdim edib. 

Qeyd edək ki, hazırkı loqo 1997-ci ildən istifadə edilirdi.

Camal