Ölkə 14:25 09.04.2019

BMW 3 piyadanı vurdu

Goranboyda yolu keçmək istəyən 3 nəfəri maşın vurub. 

Qaynarinfo-nun Qafqazinfoya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində baş verib. Hərəkətdə olan "BMW” kənd sakini, 31 yaşlı Nərgiz Mustafayevanı, 29 yaşlı Gülnar Qasımovanı və onun qızı 4 yaşlı Mədinəni vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.