Ölkə 17:00 08.09.2018

BNA bu sürücülərlə bağlı maarifləndirmə işlərinə başladı

BNA Nəqliyyat vasitəsini qadağan olunan yerdə, səkidə, piyada keçidinin üzərində, fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulan pandusun qarşısında saxlayan sürücülərin maarifləndirilməsi üçün işlərə start verib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar.az-a bildirib ki, yol hərəkəti haqqında qanunun müvafiq tələbini pozan bu cür sürücülərə qarşı inzibati tədbirlər nəzərdə tutulub.

Lakin müsbət nəticəyə nail olmaq üçün ilk öncə geniş maarifləndirmə işləri aparılmalıdır:

"Sürücülərə digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmalarının vacibliyi izah edilməlidir. Bakı Nəqliyyat Agentliyi bu məqsədlə geniş maarifləndirmə tədbirləri həyata keçirir.

Hazırda Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Dayanaqlı proqram tənimatına söykənən avtomatlaşdırılmış sistemin qurulması nəzərdə tutulub. Bu istiqamətdə həm sərnişindaşımaya, həm də paytaxt nəqliyyatına təsir edəcək siyasəti təkmilləşdirmək niyyətindəyik. Əsas məqsədimiz vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaflıq prinsiplərinə əsaslanan xidmətin göstərilməsidir”.