Ekonomiks 17:26 29.01.2020

BNA: “Şəhərin mərkəzi ilə hərəkət edən avtobus xəttlərində stabilləşmə yaranıb”

"Qanunsuz parklama ilə apardığımız mübarizə tədbirləri nəticəsində şəhərin mərkəzi ilə hərəkət edən avtobus xəttlərində bir stabilləşmə yarandı”.

Qaynarinfo xəbər verir ki, bunu APA TV-nin "Hüquq vaxtı" verilişində Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

"Əvvəllər bizə şikayətlər gəlirdi ki, yol açıqdır, lakin avtobus gəlib çıxmır. Çünki sərnişinin olduğu dayanacaq tərəfdə yol açıq olsa da, digər tərəfdə məhz qanunsuz parklanma səbəbilə sıxlıqlar yaranırdı. Bu gün şəhərin mərkəzində o sıxlıqlar demək olar ki, aradan qalxıb. Əvvəllər pik və qeyri-pik saatlar bilinmirdi. Hər zaman sıxlıq olunurdu. Bu gün isə intervallarda bir stabilləşmə müşahidə olunur. Əvvəllər Azadlıq prospekti boyunca hərəkət etmək olmurdu. Qanunsuz parklanma ilə apardığımız mübarizə tədbirləri nəticəsində bu gün Azadlıq prospektində pik saatlarda belə rahat şəkildə nəqliyyat vasitəsi hərəkət edə bilir” deyə Mais Ağayev bildirib.