Dünya 10:43 10.12.2017

Boğaz ağrısına nə kömək edir? (FOTOLAR)

Qış fəslinin gəlişi və havaların soyuması ilə boğaz ağrısı şikayətləri daha da artır.

Qaynarinfo boğaz ağrısından əziyyət çəkənlərə faydalı olacaq məsləhətləri təqdim edir.

Boğazdakı selikli qişanı yumşaltmaq üçün duzlu su ilə qarqara etmək məsləhət görülür. Qripin dərmanı hesab edilən Aspirin immunitetin narahatlığa reaksiyasını gecikdirdiyi üçün istifadə etməməliyik.



Boğaz ağrısından əziyyət çəkənlərə boğaz quruluğunun qarşısını almaq məqsədilə çay məsləhət görülür. Lakin isti içki və kofeləri rasionumuzdan müvəqqəti olaraq çıxarmalıyıq. Həmçinin bədəndə quruluq yaradan spirtli içki və kofein tərkibli içkilər tövsiyyə edilmir.



Bu narahatlığı aradan qaldırmaq üçün C vitamini və sinklə zəngin olan istridyə yemək məsləhət görülür. Həmçinin çox danışmaq, boğazı qıcılandıran uzun cümlələr qurmaqdan çəkinməliyik.



Əgər siz boğaz ağrısı və qıcıqlanmadan əziyyət çəkirsinizsə, quru havaya sahib otaqda oturmaq və siqaret çəkmək sağalma prosesinə mane olacaq. 



Gülşən