Sağlamlıq 17:19 16.09.2018

Boğaz ağrısından qurtulmağın sadə yolları

Soyuq havalar başlayan kimi boğaz ağrısı şikayətləri də artır. İngilis qulaq, burun, boğaz həkimi Alasdair Macenin boğaz ağrısından qurtulmaq üçün etməli olduğumuz və olmadığımız məqamlar barədə məsləhətlərini təqdim edirik.

Lazımdır:
Boğazdakı vəzləri yumşaltmaq üçün duzlu su ilə qarqara edin.

Lazım deyil:
Aspirin immunitet təsirini azaldacağı üçün ondan istifadə etməyin.

Lazımdır:
Çay için. Çay boğaz quruluğu yaratmadan sağaldır.

Lazım deyil:
Alkoqolik içkilər və qəhvə içməyin. Alkoqol və kafein bədəninizin susuz qalmasına səbəb olur.

Lazımdır:
C vitamini almaq üçün portağal, sink almaq üçün istiridye yeyin.

Lazım deyil:

Xəstə ikən çox danışmayın. Bu, boğazınızı daha pis hala gətirə bilər.

Lazımdır:
Mərkəzi isitmə sisteminin quruducu təsiri ilə savaşmaq üçün hava nəmləndirici istifadə edin.

Lazım deyil:
İnfeksiya sağalmadan qətiyyən siqaret çəkməyin.
 
Milli.az