Dünya 18:17 30.05.2019

"Boeing 737 Max" avqustdan səfərlərə davam edəcək

"Boeing 737 Max" təyyarələri avqust ayında yenidən səfərlərə başlayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət təyyarələrin proqram təminatındakı problemin aradan qaldırıldığını və uçuşlar üçün avqust ayında icazə alınacağını açıqlayıb.

Qeyd edək ki, ötən ildən bəri 2 ədəd "Boeing 737 Max" təyyarəsi qəzaya uğrayıb və çox sayda insan itkisinə səbəb olub.

Gülşən