Dünya 11:01 10.07.2019

"Boeing" yeni təyyarələrini sata bilmir

"Boeing" şirkəti istehsal etdiyi təyyarələri satmaqda çətinlik çəkir.

Qaynarinfo xəbər verir ki, şirkət ilin ilk 4 ayında 89, sonrakı aylarda isə 24 ədəd "737 Max" modelinin istehsalını yekunlaşdıraraq təhvil verib. Bu model təyyarələrin satışında 73% geriləmə müşahidə edilir. 

Ötən günlərdə Səudiyyə Ərəbistanının "Flyadeal" Hava Yolu şirkəti 30 ədəd "737 Max" sifarişini ləğv etdiyini açıqlamışdı. 

Qeyd edək ki, ötən ilin oktyabrı və bu ilin martında "Boeing 737 Max" təyyarələrinin qəzaya uğraması və 300-dən çox insanın həlak olması şirkətin reputasiyasına ciddi ziyan vurdu və "737 Max" modelindən kütləvi imtinalara səbəb oldu.

Gülşən