Texnologiya 16:54 26.05.2018

"Boeing"dən yenilik: qatlanan qanadlı təyyarlər

Boeing şirkəti təyyarələrdə qeyri-adi dəyişikliyə hazırlaşır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3-cü nəsil Boeing 777 təyyarələri qatlanan qanadlara sahib olacaq. Hərbi təyyarələrdə tətbiq edilən bu xüsusiyyətə ilk dəfə sərnişin təyyarəsi sahib olacaq. 2020-ci ildə istifadəyə veriləcək bu tip nəqliyyat vasitəsinə ehtiyac hava limanlarındakı uçuş-eniş zolaqlarının kiçik ölçüləridir. 

Boeing 777 71,62 metr qanada sahibdir və qatlanmaqla bu ölçü 64,9 metrə düşəcək. Boeing 787-də qanadlar 60,4 m, Boeing 737-də isə 35,66 metrdir. 

Bu model daha uzun qanadlara sahib olduğu üçün daha az yanacağa ehtiyac olacaq. 

Qeyd edək ki, Boeing 777 375-425 nəfər arasında sərnişin daşıma potensialına sahib olacaq.

Gülşən