Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən köçürülmə prosesi 2025-ci il ərzində ardıcıl və planlı şəkildə həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, bu günədək ümumilikdə 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Zabux, Sus və Bəylik kəndləri; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub.
Eyni zamanda, köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.
Şərhlər