İdman 16:04 20.12.2013

Bokusçularımızdan inamlı qələbə


Soltan Migitinov (75 kq) Belarus təmsilçisi Vitali Bandarenkonu məğlub edib

Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışı davam edir. Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışın ilk günündə axşam proqramında daha 3 boksçumuz rinqə çıxıb. 69 kq çəki dərəcəsində mübarizə aparan Çingiz İslamov ilk döyüşdə rusiyalı Alim Hacıyevə məğlub olub – 0:3.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) Neft Ölkələrinin Dünya Kuboku yarışına qələbə ilə başlayıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Vitali Bandarenkonu məğlub edib – 2:1 (29:28, 29:28, 28:29). Migitinov ¼ finalda rusiyalı Vladislav Fedyurinlə üz-üzə gələcək. 81 kq çəki dərəcəsində yarşıan “Baku Fires” klubunun üzvü Batraz Qurtsiyev də yarışa inamlı qələbə ilə başlayıb. Boksçumuz tacikistanlı Mircamol Qiyasovu 1-ci raundda texniki nokautla məğlub edib. Qurtsiyev yarımfinalda yerli idmançı İvan Saşko ilə qarşılaşacaq.

Xatırladaq ki, yarışın ilk günündə Lorenso Sotomayor (64 kq) və Fərid İsmayılov da (64 kq) öz görüşlərini qələbə ilə başa vurublar. Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.


Qaynar.info