Ölkə 13:01 03.03.2014

BP Nərmin Hüseynli üçün 16 min pul köçürdü

“Gənclər deyirlər ki, BP şirkəti hazırda İstanbulda müalicə alan Nərmin Hüseynlinin ianə kampaniyasına 16 000 $ pul köçürüb”.

“Axar.az” xəbər verir ki, bu məlumatı ictimai fəal Bəxtiyar hacıyev öz Feysbuk səhifəsindən paylaşıb. B.Hacıyev daha sonra bu təşəbbüsə münasibətini də bildirib:

“Nə yalan deyim, BP-nin bu addımı məni duyğulandırdı. Bəlkə digər şirkətlər də gəlirlərinin bir hissəsini xeyriyyə işlərinə sərf edirlər, bəlkə onlar da başqa adamlara yardım edirlər... Amma fədakar gənclərin gecə-gündüz bir yoldaşlarının həyatını xilas etmək üçün apardıqları kampaniyaya töhfə verməkləri, Azərbaycanda müsbət nümunə olmaqları çox xoş oldu.

İndi növbə başqa şirkətlər, holdinqlər, iş adamları, varlı rəsmilərindir”.

Qaynar.info