Video 09:44 08.07.2019

Braziliya 9-cu dəfə Amerika kubokunu qazanıb (VİDEO)

Braziliyada keçirilən Amerika Kuboku turnirinə yekun vurulub.

Qaynarindo xəbər verir ki, Cənubi Amerika çempionatının final oyununda meydan sahibləri ilə Peru qarşılaşıb.

3:1 hesabı ilə qələbə qazanan Braziliya tarixində 9-cu dəfə Amerika Kubokunun qalibi olub. "Sambaçılar” sonuncu dəfə 2007-ci ildə bu titula sahib çıxmışdı. 

Hesabı 15-ci dəqiqədə meydan sahiblərindən Everton açıb. 44-cü dəqiqədə Paolo Qerrero (penalti) bərabərliyi təmin etsə də, ilk yarının son saniyələrində Qabriel Jezus Braziliyanı yenidən hesabda önə keçirib. 70-ci dəqiqədə Qabriel Jezus qırmızı vərəqə alıb. 90-cı dəqiqədə isə Riçarilson penaltidən Braziliyanın son qolunu vurub.

Final qarşılaşmasında qol sevinci yaşayan Everton (Braziliya) və Paolo Qerrero (Peru) hərəyə üç top vuraraq çempionatın bombardiri adına yiyələnib. "Pentakampeonlar”ın üzvlərindən Dani Alves ən yaxşı futbolçu, Alisson isə ən yaxşı qapıçı seçilib. Meydan sahibləri həm də feyr-pley mükafatına layiq görülüblər.

Qeyd edək ki, bir gün öncə keçirilən 3-cü yer uğrunda qarşılaşmada Çilini 2:1 hesabı ilə məğlub edən Argentina yığması bürünc medala yiyələnib.