Dünya 07:57 14.07.2020

Braziliyada koronavirusa yoluxanların sayı şok etdi: 20,2 min

Braziliyada son bir gündə koronavirusa yoluxanların sayı 20 286 nəfər artıb.

 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, Braziliyada infeksiyaya yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 1 884 967-ə çatıb. Ölkədə virusa yoluxmuş ümumilikdə 72 833 pasiyent ölüb, son 24 saat ərzində daha 733 nəfər pandemiyanın qurbanı olub.

 

Nazirlik qeyd edib ki, ölkədə 1,1 milyondan çox pasiyent sağalıb.

 

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.