İdman 12:09 22.09.2018

Braziliyalı ikiqat dünya çempionu Bakıya gəlir

Braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək. 

Bu barədə Qaynarinfo-ya Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.

Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub. 

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.