Dünya 13:14 03.09.2017

Bred Pit 12 il sonra üzr istədi

Hollivud ulduzu Bred Pitt Ancelina Coli üçün tərk etdiyi keçmiş həyat yoldaşı Cennifer Enistondan üzr istəyib.

"Qaynarinfo"nun məşhur maqazin dərgisi "In Touch"a istinadən məlumatına görə, aktyor keçmiş həyat yoldaşını incitdiyi üçün peşman olduğunu söyləyib.

Qeyd edək ki, Pitt və Coli 2004-cü ildə birlikdə rol aldıqları "Mr. & Mrs. Smith" filminin çəkilişləri zamanı eşq yaşamış, bu səbəbdən də aktyor 2005-ci ildə həyat yoldaşı C.Enstonla evliliyini bitirmişdi. Bir zamanların möhtəşəm cütlüyü hesab olunan ikili boşandıqdan sonra Eniston ağır depressiya yaşamışdı.

Qaynarinfo.Az