Ekonomiks 10:30 07.08.2020

Brent markalı neft yenidən ucuzlaşdı

Hazırda dünya bazarlarında neftin qiyməti aşağı düşür.

Qaynarinfo xəbər verir ki, WTI markalı neftin sentyabr fyuçersləri 0.38% azalaraq bir barel üçün 41.79 dollara çatıb. 

Brent markalı neftin oktyabr fyuçersi isə 0,29% ucuzlaşaraq bir barelə görə 44,96 dollar olub.

Bundan əvvəl, Brent markalı neftin qiyməti 46 dollar səviyyəsində qalxmışdı. Mütəxəssislər mart ayının əvvəlindən bəri belə yüksək qiymətin olmadığını qeyd ediblər.
 
Alpər