Ekonomiks 22:11 31.10.2017

"Brent" markalı neftin qiyməti 61 dolları ötdü

"Brent" markalı neftin cari ilin dekabr fyuçersləri 4 faiz artaraq bir barel üçün 61,06 dollara çatıb.

"Qaynarinfo"  "Report"a istinadən xəbər verir ki, bu barədə Londonun ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə 2015-ci il iyulun 3-də bir barel üçün 61 dollardan yuxarı olub.

Qaynarinfo.Az