Ekonomiks 20:07 06.03.2020

"Brent" son 3 ildə ilk dəfə bu qədər ucuzlaşdı

London birjasında "Brent” markal neftin may fyuçerslərinin qiyməti 6,5% ucuzlaşaraq bir barrelə görə 46,73 dollar olub.

Qaynarinfo xəbər verir ki, sonuncu dəfə "Brent” 2017-ci ilin iyulunda 47 dollardan aşağı olub.

WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 6,3% ucuzlaşaraq bir barrelə görə 43,01 dollar təşkil edib.