Dünya 17:56 14.03.2019

"Brexit" təxirə salına bilər

"Brexit" prosesi uzun müddətə təxirə salına bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Task sosial media hesabında məlumat verib. Avropa İttifaqı Liderlər Sammitində üzv ölkələrə "Brexit" prosesinin təxirə salınması üçün müraciət ünvanlanacaq.

Qeyd edək ki, "Brexit" prosesinə görə, İngiltərə 29 martda Avropa İttifaqını tərk etməlidir. Lakin Aİ ilə İngiltərə Baş Naziri Tereza Mey arasında əldə edilən razılıq ölkə parlamenti tərəfindən rədd edilib. Parlament ötən gün Aİ-ni müqaviləsiz tərk etmək variantına da etirazını bildirib. Bu gün isə növbəti səsvermə "Brexit"in təxirə salınması üçün keçiriləcək.

Gülşən